24-cü Mexanikləşdirilmiş Briqadanın EPA hərbçiləri 18 noyabr 2024-cü il tarixində Ukraynanın Donetsk vilayətində Çasiv Yar yaxınlığında Rusiyanın mövqelərinə doğru 2S5 özüyeriyən 152 mm-lik haubitsadan atəş açıblar.
Milli.Az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Fox News-a bildirib ki, Vaşinqton maliyyə vəsaitini çəksə, Ukrayna müharibəni uduzacaq.
Ukrayna lideri deyib ki, "Avropada birliyi itirsək, bu, çox təhlükəli olacaq və ən vacibi Ukrayna ilə ABŞ arasında birlikdir".
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın müharibələrdə iştirakını dayandırmaq və bunun əvəzinə vergi ödəyicilərinin pullarını amerikalıların həyatını yaxşılaşdırmaq üçün istifadə etmək vədi ilə kampaniya aparıb.
O, Rusiya-Ukrayna müharibəsini hansı yolla olduğunu açıqlamadan 24 saat ərzində bitirəcəyini bildirib.
Zelenski Fox News-a deyib: "Əlbəttə ki, xarici maliyyə yardımı olmadan da qalacağıq, döyüşəcəyik, istehsalımız var, amma bu, qalib gəlmək üçün kifayət deyil."
Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun