Dişləri olan uşaq doğuldu - FOTO

21 Noyabr 2024 07:02

Moskvanın Korolev vilayətində qadın dişləri olan uşaq dünyaya gətirib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Çəkisi 3200 qram, boyu 50 santimetr olan oğlan özünəməxsus xüsusiyyəti ilə doğulub - onun alt çənəsində iki kəsici diş olub. Baş həkimin mamalıq və ginekoloji yardım üzrə müavini Yuliya Yatseviçin izah etdiyi kimi, körpə sağlam doğulub, baxmayaraq ki, belə bir diş problemi olduqca nadir hesab olunur.

Hazırda qadın və uşaq klinikanın həkimlərinin ambulator nəzarəti altında evdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun