Bakıda ağır zəncirvari qəza - 7 avtomobil toqquşdu - Yenilənib - FOTO

20 Noyabr 2024 21:54

21:54

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Milli.Az-a  verilən xəbərə görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

-----------
21:09


Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, qəzada 7 minik avtomobili qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun