29 yaşlı kişi faciəvi şəkildə öldü

20 Noyabr 2024 15:02

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Rəşad Əlibala oğlu İbabəyli yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az