Armavir vilayətinin qubernatoru David Xudatyan ərazi idarəetmə və infrastruktur naziri vəzifəsində Qnel Sanosyanı əvəz edəcək.
Milli.Az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə məlumat verib.
Xudatyan 2024-cü ilin yanvarında Armavir vilayətinin qubernatoru olub. Bundan əvvəl o, Armavir şəhərinin meri olub. Məmur Paşinyanın xaç oğludur.
Xatırladaq ki, keçmiş nazir Qnel Sanosyan noyabrın 19-da vəzifəsindən rəsmən uzaqlaşdırılsa da, bir gün əvvəl istefa ərizəsini təqdim etdiyini açıqlayıb.
Nərmin Mahmudova
Milli.Az