"Fənərbağça"nın dünya şöhrətli baş məşqçisi Joze Mourinyo "Barselona"nın gənc ulduzunun transferini istəməyib.
Milli.Az xəbər verir ki, bu barədə nüfuzlu "Marca" nəşri məlumat yayıb.
Belə ki, məşqçinin İspaniya nəhənginin 22 yaşlı ulduzu Ansu Fatinin komandasında görmək istəməməsinin səbəbi isə futbolçunun bud nahiyəsindən aldığı zədə olub. Sağalmasına bir ay vaxt tələb olunan oyunçu ulduz məşqçini bu fikirə gətirib.
Bildirək ki, Fatinin "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyunun sonu bitir. O, bu mövsüm komandasının heyətində 7 oyuna çıxsa da, qol və ya ötürmə qatqısı verməyib.
"Transfermarkt" isə hücumçuya 15 milyon avro qiymət qoyub.
Tural
Milli.Az