Aktrisa Meryem Üzərli uzun fasilədən sonra yenidən ekranlara qayıdıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Möhtəşəm Yüzyıl" serialında Hürrəm Sultan obrazı ilə yaddaşlarımıza həkk olunan məşhur aktrisa Meryem Üzərli 11 il sonra "Şakir Paşa Ailəsi" serialı ilə ekranlara qayıdıb.
Uzerli layihədə məşuqə obrazına həyat verəcək. Serial "NOW TV"də izləyici qarşısına çıxacaq.
Qeyd edək ki, ekran işində Vahide Perçin, Fırat Tanış, Devrim Yakut, Cem Yiğit Üzümoğlu və Nilsu Berfin Aktaş kimi məşhur simalar yer alıb.
Fidan
Milli.Az