Bu gün Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 6-cı turun son 9 görüşü bu gün keçirilib.
C Liqasının 1-ci qrupunda Azərbaycan yığması İsveçin qonağı olub. 0:6 hesabı ilə uduzan yığmamız qrupu 1 xalla sonuncu pillədə başa vurub və C liqasında ən pis nəticə göstərən 2 komandadan biri kimi birbaşa D liqasına yuvarlanıb.
Qardaş ölkə Türkiyənin yığması Monteneqro ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:3 hesabı ilə məğlub olub və B Liqasının 4-cü qrupunu 2-ci pillədə bitirib. Bununla da Türkiyə yığması A Liqasına vəsiqəni əldən verib.
Həmçinin bu gün Almaniya Macarıstanla heç-heçə edib, Gürcüstan isə Çexiyaya uduzub.
UEFA Millətlər Liqası, 6-cı tur
19 noyabr
A Liqası, 3-cü qrup
23:45 Bosniya və Herseqovina - Niderland - 1:1
Qollar: Demiroviç, 67 - Brobbi, 24
23:45 Macarıstan - Almaniya - 1:1
Qollar: Soboslai, 90+9-pen. - Nmexa, 76
Xallar: Almaniya - 14, Niderland - 9, Macarıstan - 6, Bosniya və Herseqovina - 2
B Liqası, 1-ci qrup
23:45 Albaniya - Ukrayna - 1:2
Qollar: Bayrami, 75-pen. - Zinçenko, 5, Yaremçuk, 10
23:45 Çexiya - Gürcüstan - 2:1
Qollar: Sulç, 3, Xlozek, 24 - Mikautadze, 60
Xallar: Çexiya - 11, Ukrayna - 8, Gürcüstan - 7, Albaniya - 7.
4-cü qrup
23:45 Monteneqro - Türkiyə - 3:1
Qollar: Kristoviç, 29, 45, 73 - Kenan Yıldız, 37
23:45 Uels - İslandiya - 4:1
Qollar: Kallen, 32, 45+1, Conson, 65, Uilson, 79 - Qudconsen, 7
Xallar: Uels - 12, Türkiyə - 11, İslandiya - 7, Monteneqro - 3
C Liqası, 1-ci qrup
23:45 Slovakiya - Estoniya - 1:0
Qol: Streleç, 72
23:45 İsveç - Azərbaycan - 6:0
Qollar: Kluşevski, 10, 57, Qtökereş, 26, 37, 58, 70
Xallar: İsveç - 16, Slovakiya - 13, Estoniya - 4, Azərbaycan - 1
D Liqası, 2-ci qrup
23:45 Malta - Andorra - 0:0
Xallar: Moldova - 9, Malta - 7, Andorra - 1
Milli.Az