ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri Medicare və Medicaid-in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.
Milli.Az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Tramp, Truth Social sosial media platforma hesabında açıqlama verib.
Tramp, Amerikanın ciddi bir sağlamlıq böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.
Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp, Özün Amerika səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Mehmet Cengiz Öz türk əsilli amerikalı həkim, aparıcı və siyasətçidir.
Nərmin
Milli.Az