"3 dəfə burun əməliyyatı keçirdim, ilkində şüşəyə dəyib zərbə almışdım".
Milli.Az bildirir ki, "Xəbərin var?" verilişində qonaq olan Sevil və Sevinc bacıları etdirdikləri burun əməliyyatı haqda danışıb.
Sevinc 1 dəfə etdirsə də, Sevil 3 dəfə burun əməliyyatı etdirdiyini bildirib.
O, əməliyyatdan sonra burnunun üstünə ağır şüşə düşdüyü üçün növbəti dəfə əməliyyata girmək məcburiyyətində qalıb.
Milli.Az