Türkiyəli futbolçuya "Liverpul"dan 80 milyonluq transfer təklifi

19 Noyabr 2024 18:02

"Benfika" və Türkiyə millisinin futbolçusu Orkun Köçkü İngiltərə Premyer Liqası yolundadır. 

Milli.Az bildirir ki, bu barədə "Liverpool Echo" məlumat verib.

İddialara görə, türkiyəli ulduz "Liverpul"un maraq dairəsinə düşməyi bacarıb. Premyerliqa klubu sözügedən transfer üçün pul kisəsini ağzını açmağa hazırlaşır.

Onlar "Benfika"ya 80 milyon avro təklif ediblər. Hazırda hər iki klub arasında danışıqlar gedir.

Qeyd edəki ki, Orkun Köçkü yeni futbol mövsümündə komandasının heyətində çıxdığı 15 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Tural
Milli.Az