General-mayor Fərid Əliyevə yeni vəzifə verildi

19 Noyabr 2024 16:47

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bir müddətdir ki bu vəzifəni icra edir.

Qeyd edək ki, Fərid Əliyevə Prezident İlham Əliyevin sərəncamı ilə ötən il general-mayor ali hərbi rütbəsi verilib.

Milli.Az