FIFA-dan Türkiyə klubuna ağır cəza

19 Noyabr 2024 16:33

FIFA Türkiyənin "Pendikspor" klubunu transfer qadağası ilə cəzalandırıb.

Milli.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb klubun külli miqdarda olan borcunu ödəməməsidir.

Türkiyənin I Liqasında top qovan komanda 2026-cı ilin yayına kimi heyətini heç bir yeni futbolçu ilə gücləndirə blməyəcək.

Onu da bildirək ki, "Pendikspor" çıxış etdiyi liqanın turnir cədvəlində 17 xalla 13-cü pillədədir.

Milli.Az