Hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması təklif edilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı deyib.
O, eyni zamanda - müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün məbləğinin artırılmasını tövsiyə edib.
Milli.Az