Türkiyənin Rizə şəhərində torpaq sürüşməsi baş verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çayelidə gecə boyu yağan güclü yağışdan sonra, torpaq sürüşməsi baş verib. Yamacdan qopan torpaq kütlələri bir-birinə bitişik iki yaşayış binasının birinci mərtəbələrini doldurub.
Sürüşmə nəticəsində 1 nəfər ölüb, yaralananların da olduğu bildirilib. Bina sakinləri təxliyə edilib.
Çayeli Bələdiyyə Başçısı sürüşmənin səbəbini bu yaxınlarda baş verən 4,7 bal gücündə zəlzələnin olduğunu bildirib.
Nərmin
Milli.Az