Bu ölkə dünya çempionatında iştirak edə bilməyəcək - UEFAdan qərar

19 Noyabr 2024 10:45

Rusiyanın 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcəyi bəlli olub.

Milli.Az xəbər verir ki, FİFA və UEFA Ukrayna ilə Rusiya arasındakı müharibə ilə əlaqədar Rusiyanın bütün beynəlxalq futbol yarışlarına qadağasını davam etdirmək qərarına gəlib. 

Qeyd edək ki, 2026-cı il dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Beləliklə, futbol tarixinin ən mühüm turniri tarixində ilk dəfə üç fərqli ölkə ilə ortaq şəkildə keçiriləcək. Turnirin açılış matçı ABŞ-da, final oyunu isə Los-Ancelesdəki SoFi Stadiumunda olacaq.

Nərmin
Milli.Az