"Hizbullahın atəşkəsə əməl edəcəyinə dair dəlil yoxdur"

19 Noyabr 2024 18:10

Livanda mümkün atəşkəs İsrailin hücumlarının dayandırılması demək deyil.

Milli.Az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu İsrail parlamentindəki çıxışında deyib.

O, bildirib ki, atəşkəsdən sonra belə şimalda təhlükəsizliyi təmin etmək məqsədilə əməliyyatlar təşkil edəcək:

"Əhəmiyyətli olan razılaşmanın kağız üzərində qalması deyil. Atəşkəsdən sonra da biz bunu təmin etməli olacağıq. Şimalda təhlükəsizliyimizi qorumaq  və Hizbullahın hücumlarına qarşı sistemli olmaq üçün əməliyyatlar təşkil edəcəyik ".

O, Hizbullahın əldə edilən hər hansı atəşkəs razılaşmasına əməl edəcəyinə dair heç bir dəlil olmadığını da söyləyib.

Qeyd edək ki, İsraillə Hizbullah arasında atəşkəsin əldə edildiyi iddia edilib və atəşkəsin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başladığı 20 yanvar 2025-ci ilə qədər davam edəcəyi bildirilib.

Nərmin
Milli.Az