Corc İlenikena silahlı soyğunun qurbanı olub.
Milli.Az xəbər verir ki, "Monako"nun 18 yaşlı hücumçusu Corc İlenikena Fransanın Korbey-Esson şəhərində hücuma məruz qalıb və qarət edilib.
Bildirilir ki, hadisə futbolçu şənlikdən çıxarkən baş verib.
İlenikena avtomobilini idarə edərkən dörd nəfər onu saxlamağa çalışıb.Silahlı şəxslər Monako oyunçusunu hədələyib. Hücum edənlər İlenikhenaya məxsus lüks ayaqqabılarını, telefonunu və "Volkswagen Golf"-un açarlarını təhvil verməyi əmr ediblər və futbolçu buna əməl edib. Lakin hücum edənlər hadisə yerini tərk etdikdən sonra qəza törrədib və daha sonra avtomobili orada qoyub qaçıblar.
Hadisə zamanı futbolçu xəsarət almayıb. Polis cinayəti törədən şəxslərin axtarışını davam etdirir.
Fidan
Milli.Az