Neftçalaya qonaq gedən üç yaşlı uşaq faciəvi şəkildə öldü

18 Noyabr 2024 23:03

Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun