Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Milli.Az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Əhmədov Mətləb Famil oğlu yaşadıqları evdə aldığı güllə yarasından hadisə yerində ölüb.
İlkin olaraq, onun ölümünə səbəb ov tüfəngdən ehtiyatsız davranması deyilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun