Yaşlı anasını metal dəyənəklə döydü

18 Noyabr 2024 20:14

Rusiyanın Orenburq vilayətində yaşlı anasını döyən şəxsə qarşı iş açılıb.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə vilayət Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, 43 yaşlı rayon sakini 77 yaşlı anası ilə mübahisə edib. Naməlum səbəbdən kişi qadını ölümlə hədələməyə başlayıb, daha sonra onu bir neçə dəfə vurub.

Zərərçəkənin hansı bədən xəsarətləri aldığı bildirilmir, lakin hadisədən sonra onun polisə müraciət etdiyi məlum olub. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsə qarşı cinayət işi açıb. 

Onu iki ilə qədər həbs gözləyir.

Milli.Az