Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə İsgəndər-M raketəri ilə zərbə endirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, zərbə nəticəsində ən azı 8 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.
Bildirilib ki, İsgəndər-M ballistik raketi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.
"Təəssüf ki, vurulmuş raket Odessa şəhərinin Primorsk rayonunda yaşayış məhəlləsində düşüb. Binada və ətraf ərazidə yanğın olub", - məlumatda vurğulanıb.
Milli.Az