42 yaşlı fəhlə faciəvi şəkildə öldü

18 Noyabr 2024 19:22

Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən tikintilərdən birində qeydə alınıb.

1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az