"Mançester Siti" PSJ-nin parlayan ulduzu Uorren Zair-Emeriyə elçi düşüb.
Milli.Az xəbər verir ki, "Fichajes" komandanın futbolçunu almağa hazırlaşdığını bildirib.
Məlumata görə, İngiltərə nəhəngi onu zədəli Rodrinin əvəzedicisi kimi görür.
"Siti" rəsmiləri Uorren üçün 120 milyon avrosundan keçməyə hazırdır.
"Transfermarkt"də 18 yaşlı futboçunun dəyəri 60 milyon avrodur. Gənc fransızın klubu ilə müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.
Zaire-Emeri PSJ-nin heyətində yeni futbol mövsümündə bütün turnirlər daxil olmaqla, 14 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Tural
Milli.Az