Makron ancaq belə Putinlə danışa bilər

18 Noyabr 2024 18:45

Fransa prezidenti Emmanuel Makron "kontekst" uyğun gələrsə, rusiyalı həmkarı Vladimir Putinlə yenidən danışacağını istisna etməyib.

Milli.Az xəbər verir ki, bu barədə "BFM TV" məlumat yayıb.

Eyni zamanda qeyd olunur ki, Makronun sözlərinə görə, Rusiya Kiyevlə danışıqlara hazır deyil. Putinlə Almaniya kansleri Olaf Şulz arasında telefon danışığından sonra xarici media digər Avropa ölkələrinin liderlərinin də Berlindən nümunə götürə biləcəyini ehtimal edirdi. Moskva ilə münasibətlərin soyumasının mümkün olduğu da proqnozlaşdırılırdı.

Qeyd edək ki, Kreml Rusiyanın Ukrayna məsələsində bütün maraqlı tərəflərlə dialoq aparmağa həmişə hazır olduğunu vurğulayıb.

Milli.Az