Hamıdan gizlin ərə gedibmiş...

18 Noyabr 2024 16:45

Müğənni Mətanət Əsədova gizli ailə həyatı qurduğunu etiraf edib.

Milli.Az xəbər verir ki, bu haqda sənətçi "Bir gün" verilişində deyib.

O, bildirib ki, həyat yoldaşı tanınmış insandır:

"Məni daşıyacaq bir kişidir. Sevgidə qürur yoxdur. Onun bütün xüsusiyyətlərini sevirəm. Onda səhv tuta bilmərəm. Həyat yoldaşım tanınmış biridir. Müəyyən dərəcədə tanınır".

Milli.Az