HƏMAS-ın Siyasi Bürosu Türkiyəyə köçüb?

18 Noyabr 2024 16:05

HƏMAS rəhbərliyinin Qətəri tərk edərək Türkiyəyə keçəcəyi iddia edilib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, HƏMAS-ın yüksək səviyyəli liderlərinin "bu yaxınlarda" Türkiyəyə köçdüyünü iddia edib. Ankara isə bu ittihamları rədd edib.

"HƏMAS nümayəndələri mütəmadi olaraq Türkiyəyə səfər edirlər, lakin hərəkatın Siyasi Bürosunun ölkəyə köçməsinə dair iddialar doğru deyil", - deyə Xarici İşlər Nazirliyi mənbələrinin məlumatında qeyd olunub. 

Nərmin
Milli.Az