Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

18 Noyabr 2024 13:05

İran, Azərbaycan və Ermənistan sərhədlərinin qovşağında 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidməti məlumat yayıb.

Yeraltı təkanların gücü 5 bala çatıb.

Məlumata görə, saat 12:41-də baş verən zəlzələ Zəngəzur mahalının bir sıra yaşayış məntəqələrində hiss olunub.

Nərmin
Milli.Az