Filippində 650 min insan təxliyə edildi

18 Noyabr 2024 13:35

Filippində 650 min insan təxliyə edilib.

Milli.Az xəbər verir ki, Filippində dağıdıcı təsir göstərdiyi bildirilən Man-Yi Super Tayfunu səbəbiylə təxminən 650 min insanın təxliyə edildiyi bildirilib.

Filippin Meteorologiya Bürosu bildirib ki, Man-Yi yerli vaxtla saat 21:40-da Katanduanes adasının şərqinə enib. Sürətinin saatda 270 kilometrə çatacağı gözlənilən qasırğa səbəbindən bölgədə 650 min insan müvəqqəti sığınacaqlara yerləşdirilib.

PAGASA bölgədəki yaşayış məntəqələrinin 48 metrə qədər dalğalara məruz qala biləcəyi barədə xəbərdarlıq edib.

Nərmin
Milli.Az