İlham Əliyev Oman Sultanına təbrik məktubu göndərib

18 Noyabr 2024 11:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mətndə deyilir:

"Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqına daim firavanlıq və rifah arzulayıram".

Milli.Az