Sasun Xaçatryan da istefa verdi - FOTO

18 Noyabr 2024 10:00

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan istefa verib.

Milli.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Xaçatryanın istefası Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın bəyanatından sonra baş verib və o da vəzifəsini tərk edib.

Bundan əlavə, noyabrın 17-də KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri Vahe Qazaryanın və İstintaq İdarəsinin rəhbərinin istefaya göndəriləcəyi barədə məlumatlar yayılıb.

Hələ ki, bu barədə rəsmi açıqlama yoxdur.

Maraqlıdır ki, istefa ilə bağlı bəyanatlar silsiləsi hökumətin bu yaxınlarda keçirilən iclasından az sonra başlayıb və həmin iclasda baş nazir Nikol Paşinyan təhlükəsizlik qüvvələrinin işini kəskin tənqid edib.

Nərmin Mahmduova
Milli.Az