Titanikdən sağ qalan 700 nəfəri xilas edən qızıl cib saatı satılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, saat hərracda təxminən 2 milyon dollara satılaraq rekorda imza atıb.
Qeyd edək ki, 18 karat qızıldan hazırlanmış "Tiffany" saatı 1912-ci ildə xilas etdiyi "Titanik"in sağ qalan sərnişinləri tərəfindən Rostona hədiyyə edilib. Saatın üzərində "Kapitan Rostona səmimi qəlbdən təşəkkür və minnətdarlıqla" yazısı həkk olunub.
Saat ABŞ-dən olan kolleksiyaçı tərəfindən satın alınıb.
Bu, "Titanik"lə əlaqəli əşya üçün indiyə qədər ödənilən ən yüksək qiymətdir.
Fidan
Milli.Az