İran BAEA-nı şantaj edir

17 Noyabr 2024 13:10

"İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının Tehranın düşmənçilik hesab etdiyi qətnamənin qəbul edilməsinə cavab olaraq müvafiq tədbirlər görəcək"​.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"BAEA Rəhbərlər Şurası tezliklə iclas keçirəcək. Orada anti-İran qətnaməsinin qəbul ediləcəyi ehtimalı var. Əgər onlar bizə qarşı qətnamə qəbul etsələr, İrandan proporsional cavab alacaqlar. Biz nüvə proqramımızla bağlı yeni tədbirlər görəcəyik ki, bu da onların heç xoşuna gəlməyəcək", - deyə Əraqçi bildirib.

Milli.Az