Qvardiola "Mançester Siti" ilə bağlı qərarını verdi

17 Noyabr 2024 11:44

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandada gələcək taleyinə aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, o, çalışdırdığı komanda ilə müqaviləsini 2026-cı ilə qədər uzadacaq. Bu barədə "Football Insider" məlumat verib.

Artıq tərəflər arasında aparılan danışıqlarda 99% məslələr razılaşdırılıb. Rəsmi açıqlama isə yaxın zamanda veriləcək.

Xatırladaq ki, təcrübəli çalışdırıcı 2016-cı ildən "Mançester Siti"nin sükanı arxasındadır.

Onun rəhbərliyi altında "şəhərlilər" 6 dəfə İngiltərə çempionu adına layiq görülüb, bir dəfə isə Çempionlar Liqasında ən güclü olub.

Tural
Milli.Az