İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlib.
Milli.Az xəbər verir ki, klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizə səfər edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.
Milli.Az