İspaniyanın şimalındakı Saraqosa şəhərində qocalar evində yanğın baş verib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, baş verən yanğında 10 nəfər ölüb,1 nəfər isə ağır yaralanıb.
Səlahiyyətlilər 850 nəfərin yaşadığı qocalar evində baş verən yanğında 82 nəfərin və iki işçinin olduğunu bildirib.
İspaniyanın Baş naziri Pedro Sançez yanğından sonra verdiyi açıqlamada, "Bu səhər Saraqosadakı qocalar evində baş verən faciə məni sarsıtdı. Ölənlərin ailələrinə və mərkəzin əməkdaşlarına başsağlığı verirəm. Ümid edirəm ki, vəziyyəti ağır olanlar ən qısa zamanda sağalacaq".
Nərmin
Milli.Az