Zaur Baxşəliyev televiziyadan gedir? - Özü danışdı

16 Noyabr 2024 14:24

Tanınmış aparıcı Zaur Baxşəliyev televiziyadan getmə istəyindən danışıb.

Milli.Az xəbər verir ki, aparıcı bu barədə "Zaurla Günaydın" verilişində danışarkən deyib.

Aparıcı bir neçə dəfə efirdən uzaqlaşmaq qərarına gəldiyini bildirib.

"Televiziya elədir, girdin çıxa bilmirsən. Dəfələrlə demişəm ki, Günay (həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva - red.) nöqtəni qoyaq gedək. Yorulmuşam. Getsəm, birdəfəlik gedəcəyəm. İllərlə çəkdiyin zəhmət, oduğun əziyyət, yuxusuz gecələr, itirdiyin gəncliyin səni qalmağa vadar edir. Sanki övladındır, ata bilmirsən. 22 ildir bu sahədəyəm", - deyə o qeyd edib.

Milli.Az