Azərbaycanda illik inflyasiya oktyabrda 3.4 faizə düşüb

16 Noyabr 2024 12:52

2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyabr ayına nisbətən 3.4 faiz artım edib ki, bu da sentyabrda qeydə alınan 3.5 faizdən aşağıdır.

Milli.Az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-qida məhsulları üzrə 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,8 faiz artıb.

2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz təşkil edib.

Milli.Az