Azərbaycanda ucuz qiymətə fərdi yaşayış evləri satışa çıxarılıb.
Milli.Az xəbər verir ki, Ucar və Gəncə rayonunlarında iki fərdi yaşayış evi ucuz qiymətə satışa çıxarılıb.
Belə ki, Göygöl rayonu Üçtəpə bələdiyyəsində yerləşən fərdi yaşayış evi satılır. Evin ümumi sahəsi 1200 kv.m-dir və qiyməti 6 000 manat nəzərdə tutulub. Tel:(022) 256 87 57
Digəri isə Ucar rayonunun bələdiyyəsində yerləşən fərdi yaşayış evi satılır. Evin ümumi sahəsi 317 kv.m-dir və yaşayış məntəqələrinin torpaqları II zona kateqoriyasına aiddir. Evin qiyməti 1 743 manat nəzərdə tutulub. Tel: (020) 213 01 13
Satış üzrə müsabiqə keçirilir və təkliflər 18 dekabr 2024-cü il tarixinədək qəbul edilir.
Kombilərə son, yeni tikililərə də mərkəzi istilik veriləcək - AÇIQLAMA
Aysel Əkbər
Milli.Az