Serdar Ortaçın konsertləri ləğv oldu - 25 milyon itirdi - FOTO

16 Noyabr 2024 10:21

Saxlanılan məşhur müğənni Sərdar Ortaç 25 milyon lirə itirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qeyri-qanuni mərc oyunlarının" istintaqı zamanı saxlanılaraq ev dustaqlığına buraxılan müğənni Sərdar Ortaçın konsertləri ləğv edilib.

Ləğv edilən konsertlərə görə Ortaçın yaxın 1,5 ayda itkisinin 25 milyon lirə olduğu öyrənilib.

Xatırladaq ki, bu yaxınlarda İstanbulda keçirilən "qeyri-qanuni mərc" əməliyyatında aralarında Mehmet Ali Erbil və Serdar Ortaç kimi məşhur adların da olduğu tanınmış şəxslər saxlanılıb. İfadələrində ittihamları rədd edən və aldadıldıqlarını deyən Ərbil və Ortaç ev dustaqlığına buraxılıb.

Fidan
Milli.Az