Qalmaqallı çıxışlar ilə tanınan Prof. Dr. Canan Karatay yenə də təəccüb doğuran açıqlama verib.
Milli.Az xəbər verir ki, tez-tez gündəmə gələn Karatay qatıldığı televiziya proqramında diqqətçəkən açıqlamalar verib. Bir sıra mövzulara toxunan professor kəskin tənqidi ilə yenə də gündəm olub.
Mütəxəssislərin böyük əksəriyyəti erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkərək 40 yaşdan yuxarı hər bir qadına mamoqrafiya etməyi tövsiyə etsə də, Karatay bunun tam əksini söyləyib və mamoqrafiya haqqında kəskin fikirlər səsləndirib: "Süd vəzi xərçənginin səbəbi mamoqrafiya mafiyasıdır", - o bildirib.
Erkən yaşlarda edilən HPV peyvəndlərini də tənqid edən Karatay, "Sünnət olunan ölkələrdə HPV olmur" söyləyib.
Qeyd: HPV cinsi yolla keçən insan papillomavirusudur. Onun yüzdən çox fərqli növü var. Bu növlərin bəziləri cinsi orqanlarda ziyillərə səbəb ola bilsə də, bəzi növləri zamanla xərçəng, xüsusilə uşaqlıq boynu (serviks), anüs, boğaz və cinsi orqan xərçəngi riskini artıra bilər.
Prof. Dr. Karatay qadınlara evdə istifadə olunan təmizlik məhsulları ilə bağlı da xəbərdarlıq edib:
"Bunlar xərçəng səbəbidir. Təmizlik vasitələrinin qoxusu xərçəng qoxusudur.Bu məhsulların yerinə daha təbii olan sirkə və karbonat tövsiyə edirəm"
Prof. Dr. Karatay idman zalında edilən ağırlıqqaldırma məşqlərini də tənqid edib: "Bədəni vəhşicəsinə yormayın. Sağlam olmaq istəyərkən sağlamlığınızı itirirsiniz. Hərəkət vacibdir, amma ağır məşqlər təhlükəlidir"
Prof. Dr. Karatay, bir müddətdir gündəmdən düşməyən Dubay şokoladı haqqında xəbərdarlıqlarını yenə təkrarlayıb: "Bu şokolad zəhərdən başqa bir şey deyil, içində çox sayda qatqı maddəsi var".
İsmayıl
Milli.Az