Aslan Bjaniya Suxumidən öz kəndinə qaçdı

16 Noyabr 2024 07:55

Abxaziya prezidenti Alsan Bjaniya müxalifətin istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbini rədd edərək cümə günü respublikanın paytaxtı Suxumu tərk edib.

Milli.Az TASS-a istinadla xəbər verir ki, Abxaziya müxalifəti hökumət rəsmiləri ilə danışıqları dayandırıb və ələ keçirilən hökumət dairəsində öz qüvvələrini toplamaq planlarını açıqlayıb.

İlkin məlumata görə, prezident müxalifətin tənqid etdiyi Rusiya ilə investisiya sazişinin ratifikasiyası haqqında qanun layihəsini parlamentdən geri götürüb. Lakin onun mətbuat xidməti şənbə günü səhər tezdən bu məlumatı təkzib edib.

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun