İş həyatında bürclərin rolu çox böyükdür.
İnsanlar işə götürdükləri namizədlərin də bürclərinə önəm verirlər. Təəccüblü olsadə, bu hadisələr bir çox yerdə yaşanır.
Milli.Az bildirir ki, yaxın zamanda RabotaRu portalı işəgötürənlərin hansı bürcdən işçilərə üstünlük verdiyini araşdırıb, qənaətə gəliblər.
Həmin nəticəni təqdim edirik:
- Şir (işəgötürənlərin 42%-i ideal namizəd hesab edir);
- Qız bürcü (39%);
- Oxatan (39%);
- Buğa (37%);
- Oğlaq (33%);
- Qoç (33%);
- Tərəzi (33%);
- Xərçəng (28%);
- Əkizlər (19%);
- Balıqlar (16%);
- Dolça (15%);
- Əqrəb (11%)
Qəribə səslənsə də, bu gün işçinin bürcü işəqəbulda birdən-birə vacib kriteriyalardan birinə çevrilmişdir. Daha namizəd seçimlərində hansı bürcdən olmağınız da önəm daşıyır. Artıq işəgötürənlər bürcə görə seçim edir.
Milli.Az