Müğənni Damla ilk dəfə efirlərə tək çıxmasının səbəbini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə o, "Günə bax" verilişində danışıb. İfaçı bildirib ki, efirə o, tək çıxmaq istəməyib, bunun əksi olub:
"Mövzu mənəmsə, mütləq danışacaqlar. Hollivuddan gələn stilist də məni geyindirsə, yenə müzakirə olunacaq. Onda da söyləcəklər ki, o, səni geyindirdi, guya, nə oldu ki? Həmişə efirlərdə tək görünmək istəyirəm, heç kəslə salam-sağoldan başqa əlaqəm, dostluğum yoxdur. Səkkiz aya yaxındır ki, efirlərdə yoxam. Sənətə yeni gəldiyim dövrlərdə dəvət alırdım. Verilişə gedirdim, deyirdilər ki, filan müğənni ilə siz olacaqsınız. Gedirdim, o müğənni deyirdi ki, onunla efirə çıxmıram, o biri də deyirdi, o olan yerdə mən yoxam. Gedirdilər, mən tək qalırdım. Bütün efiri mənimlə bərabər aparıcı idarə edirdi. Növbəti həftə digər efirdə də bu hadisə yaşanırdı. İnsanların arasında belə bir söhbət yayılmışdı ki, qız yekəxanadır, efirə tək çıxmır.
Mən də o həmkarlarımı pis etməmək üçün demirdim ki, onlar mənimlə efiri paylaşmaq istəmirlər deyə, tək qalıram. Sonra dedim ki, niyə istənilmədiyim yerdə, onların məni istəmədiyi halda onlarla görünməyə özümü məcbur hiss edirəm? Siz məni, mənimlə efir paylaşmaq istəmirsinizsə, nə məcburdur sizinlə efirdə oturum? Eyni yerdə görüntülənim? Ona görə dedim ki, dəvət edirsinizsə, istəmirəm ki, orada aparıcını, veriliş komandasını pis vəziyyətdə qoyum. Mən illərlə təklənmişəm, bu hələ də davam edir. Elə bir təqdimat və danışıqlar aparıblar ki, beyinlər yuyulub. Bu gün elə bilirlər ki, ölkədə iki-üç müğənni var, ancaq onlar oxuya bilir və yeniliklərə açıqdırlar. Tamaşaçı ona nə göstərirlərsə, onu yeyir. Öz fikri yoxdur, desin ki, bunu yemək istəmirəm, niyə bunu məcbur yeyim?".
Milli.Az