Bir neçə gün öncə saxlanıldığı iddia edilən İkardi açıqlama yayıb.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İkardi başına gələnlərin arvadı Naranın planı olduğunu vurğulayıb:
"Hamısı Wandanın əməliyyatıdır. Mən qətiyyən heç vaxt zorakılıq etməmişəm. Wanda sosial şəbəkədə ona yazdığım mesajı paylaşanda məni bütün dünyanın gözü qarşısında axmaq kimi ifşa etdi və bu bir psixoloji şiddətdir" .
Qeyd edək ki, "Qalatasaray" klubu argentinalı futbolçu Mauro İkardinin saxlanılma xəbərlərini açıqlama verərək yalanlayıb.
Fidan
Milli.Az