Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eləcə də bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.
Bu barədə Milli.Az-a AYNA-dan məlumat verilib.
Qeyd olunub ki, AYNA tərəfindən bununla bağlı ciddi tədbirlər görüləcək.
"Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur".
Xatırladaq ki, noyabrın 13-də redaksiyamıza sərnişinlər müraciət edərək "Bolt" taksi şirkətinin bir gediş haqqını iki dəfə çıxmağa başlaması ilə bağlı məlumat vermişdilər.
"Bolt" gediş haqqını 2 dəfə çıxmağa başlayıb - DİQQƏT
İnqilab Məmmədov
Milli.Az