İspaniyada yenidən faciə baş verə bilər

15 Noyabr 2024 10:32

İspaniyanın bir sıra bölgələri narıncı və ya qırmızı hava xəbərdarlığı altındadır.

Milli.Az xarici mətbuata istinadla xəbər veirr ki, 220 nəfərin ölümünə səbəb olan daşqınlardan sonra şiddətli yağış və fırtına üçün qırmızı hava xəbərdarlığı səbəbindən minlərlə insan evlərindən təxliyə edilib.

Marbella, Velez və Estepona turizm kurortlarını əhatə edən Malaga bölgəsindəki fövqəladə xidmətlər təxminən 3 min insanı "Quadalhorce" çayı yaxınlığında yerləşən daşqın riski yüksək olan evlərdən köçürüb.

Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya muxtar icmasında oktyabrın sonunda baş verən daşqınlar nəticəsində 12 ölkənin vətəndaşı həlak olub.

Nərmin
Milli.Az