“AZƏRBAYCAN RƏQS KUBOKU” müsabiqəsinin qeydiyyatı açıq elan olunur!

14 Noyabr 2024 21:51

1 dekabr 2024-cü il tarixində Səttar Bəhlulzadə adına Mədəniyyət Evində "Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə beynəlxalq dərəcəli "Azərbaycan Rəqs Kuboku 2024" müsabiqəsi baş tutacaq!

Müsabiqə müxtəlif yaş kateqoriyaları arasında, müxtəlif rəqs növləri(Folklor etnik, Folklor stilizasiya, Folklor Show, Dünya Xalq Rəqsləri, Belly dance, Klassik Hind, Bollywood, Klassik rəqs, Modern, Showdance, Bal rəqsinin stilizasiyası, Hip-hop show, Street dance, Break dance, Akrobatik\gimnastik rəqs, Cheer dance) üzrə keçiriləcək. Sonda isə təyin olunmuş qiymətləndirmə meyarlarına müvafiq olaraq qaliblər bəlli olacaq. Münsiflər heyəti ölkəmizin dəyərli, əməkdar incəsənət xadimləri və xalq artistlərindən ibarətdir.

Müsabiqəmizin məqsədi gənclərimizin asudə vaxtlarını səmərəli keçirmələri və öz istedadlarını ortaya çıxara bilmələridir. Düşünürük ki, dəstəyimiz gənclərimizin özlərini inkişaf etdirmələrinə, sağlam rəqabət və özünəinam hisslərinin formalaşmasına, sosiallaşmalarına öz töhfəsini verəcək.

Buna əlavə olaraq layihənin rəhbəri, "Azərbaycan Rəqs Assosasiyası"nın perzidenti Əziz Əzizov bildirir: "Bu müsabiqənin təşkilində missiyamız mədəni dəyərləri daha da gücləndirmək, incəsənətin hər növünün elementlərini özündə cəmləşdirən, şəxsiyyətin, onun mənəvi və fiziki inkişafının harmoniyasına imkan verən rəqs incəsənətinin mahiyyətini təqdim etməkdir".

İştirakçılardan xahiş olunur ki, müsabiqə üçün onlara göndərilən əsasnamələrdəki şərtlərlə mütləq surətdə tanış olsunlar, daha sonra ərizə formasını düzgün qaydada dolduraraq ərizə içərisində qeyd olunmuş elektron poçt ünvanına([email protected]) göndərsinlər.

Məkan: Səttar Bəhlulzadə adına Mədəniyyət Evi

Tarix: 01.12.2024 saat 09.00

Qeydiyyat üçün son tarix: 27.11.2024 saat 18.00

Qeyd: Müsabiqənin əsasnaməsini, ərizə formasını əldə etmək, əlavə məlumat və yarana biləcək bütün suallar üçün 050-250-22-93 mobil nömrəsi ilə əlaqə yarada bilərsiniz.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az