Çempionlar Liqasında yeni mövsüm darmadağınlarla başladı
4 İyul 2012 09:40
Qol.Az-ın məlumatına görə, 6 komandanın mübarizə apardığı bu mərhələnin bütün görüşləri eyni gündə baş tutub.
İlk öncə meydana "Dudelanj" (Lüksemburq) və "Tre Penne" (San Marino) komandaları çıxıb. Lüksemburq təmsilçisi rəqibə aman verməyib. Doğma meydanda 7 cavabsız qolla qalib gələn "Dudelanj" səfər matçına olduqca rahat yollanacaq.
Günə isə "Linfild" (Şimali İrlandiya) - "Torşavn" (Farer adaları) matçı ilə yekun vurulub. Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Cütün taleyinə bir həftə sonra aydınlıq gələcək.
Qeyd edək ki, bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubu mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Son Azərbaycan çempionunun rəqibi isə Gürcüstanın "Zestafoni" klubudur.
3 iyul
Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları
21:30. "Dudelanj" (Lüksemburq) - "Tre Penne" (San Marino) - 7:0
Qollar: Melisse, 25 (1:0), Benzouien, 29 (2:0), 53 (5:0), Leqros, 47 (3:0), Yoahim, 51 (4:0), 90 (7:0), Pakuale, 78-avtoqol (6:0)
22:30. "Valletta" (Malta) - "Lusitanos" (Andorra) - 8:0
Qollar: Karuana, 4 (1:0), Mifsud, 10 (2:0), 18 (4:0), 45 (6:0), 70 (7:0), Conatan, 17 (3:0), 23 (5:0), Agius, 72 (8:0)
23:45. "Linfild" (Şimali İrlandiya) - "Torşavn" (Farer adaları) - 0:0
Milli.Az