37 yaşlı kişi xəstəxanada vurulan iynədən öldü

14 Noyabr 2024 10:34

Zaqatalada 37 yaşlı kişi qəfil vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Xəstəxanada iynə vurulan R.Ramazanov anafilaktik şok nəticəsində ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az